Xəbər lenti

 

Ermənistanda bütün sahələr kimi, miqrasiya siyasəti də acınacaqlı vəziyyətdədir. Son zamanlar ermənilərin Avropadan deportasiyası, eyni zamanda, Ermənistanın özündən olan köç halları artıb.

Bunu Oxu.Az-a açıqlamasında politoloq Arzu Nağıyev bildirib.

Onun sözlərinə görə, Ermənistanda demoqrafik böhranın yaranması həm iqtisadi, həm siyasi, həm də hərbi vəziyyətlə bağlıdır.

Ekspertin fikrincə, Dağlıq Qarabağ münaqişəsi davam etdikcə, Ermənistan ərazisində yaşayan çağırışçılar ölkəni tərk edəcəklər.

"Çağırışçılar və əhalinin digər qrupları Avropaya, Rusiyaya üz tuturlar. Çoxlarının da kriminal keçmişləri olduğuna görə onlara yaşayış izni verilmir", - deyə A.Nağıyev əlavə edib.

Politoloq qeyd edib ki, Avropaya köç edən ermənilər dörd səbəb gətirirlər: siyasi, etnik, dini və cinsi azlıqlar məsələsi.

"Onlar dörd səbəbdən birini əldə bayraq tutaraq Avropada məskunlaşmağa çalışırlar. Bu dörd məsələnin heç biri təsdiqini tapmayanda onlar Avropadan geri göndərilir".

A.Nağıyev böyük kriminal qruplaşmalara üzv olan ermənilərə də diqqət çəkib:

"Belələri gedib Avropada da kriminal qruplaşmalara üzv olurlar. Bu kateqoriyadan olan ermənilərin də deportasiyası intensivləşib. Xaricdə yaşayan ermənilər isə Ermənistana qayıtmaq istəmir. Çünki qayıtdıqları təqdirdə ya onlara cinayət işi açılır, ya da sıxışdırılır".

Qeyd edək ki, Ermənistan Miqrasiya Xidmətinin məlumatına görə bu ilin birinci yarısında 944 erməniyə qarşı Avropa Birliyi ölkələrindən 490 readmissiya iddiası daxil olub.

Bu şəxslərin Ermənistan vətəndaşı olmaları təsdiq edilərək məcburi şəkildə öz ölkələrinə qaytarılıblar.

Geri qaytarılan ermənilər isə Ermənistanda yaşamaq istəmədiklərini bildirirlər.

Deportasiya edilənlərin içərisində səhhətində problemlər olanlar da var. Onlar bildirir ki, Ermənistanda dərmanların keyfiyyəti yaxşı olmadığına görə burada müalicə olunmaq imkanları çox aşağıdır




Ana səhifəyə qayıt        Baxış: 423          Tarix: 10-09-2019, 14:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma