Xəbər lenti

Məhbusların sayı az olduğuna görə bu ilin yayın sonuna qədər Hollandiyada 5 həbsxananın bağlanması planlaşdırılır.

"Report" "Independent"ə istinadən xəbər verir ki, ölkədə cinayətlərin azalması üzrə sabit, kifayət qədər uzun sürən dinamika qeydə alınıb və buna görə də krallıq cəzaçəkmə müəssisələrinin saxlanmasına əlavə xərc çəkmək istəmir.

Digər tərəfdən, beş həbsxananın bağlanması ilə təxminən 2,5 min nəfər işsiz qalacaq. Onlardan təxminən 700 işçi hüquq-mühafizə sistemində digər sahələrdə iş alacaq.

Qeyd edək ki, Hollandiyada bu cür addım ilk dəfə atılmayacaq. 2013-cü ildə ölkədə eyni səbəbdən 19 həbsxana bağlanıb.

 




Ana səhifəyə qayıt        Baxış: 875          Tarix: 1-06-2017, 14:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma