Xəbər lenti

 

"Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdə Suriya başçısı Bəşər Əsədlə görüş məsələsini müzakirə etdik”.

Bunu Türkiyənin müxalifətdə olan Səadət Partiyasının sədri Təməl Karamollaoğlu deyib.

Partiya sədri Ərdoğanın suriyalı həmkarı ilə görüşü istisna etmədiyini bildirib:

"Mən birbaşa "Mütləq Əsədlə görüşmək lazımdır” ifadəsini işlətmədim, amma Suriya ilə müzakirə aparmağın vacibliyinə diqqət çəkdim. Hörmətli prezident buna etiraz etmədi. Üstəlik, müəyyən səviyyələrdə bir sıra danışıqların başladığına dair sözlər dedi.

Zatən, Ankarada İran, Rusiya və Türkiyə arasında baş tutan görüşdə bunun nəticəsini gördük. Verilən qərarlar bu istiqaməti göstərir”./teleqraf.com




Ana səhifəyə qayıt        Baxış: 338          Tarix: 19-09-2019, 17:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma