Xəbər lenti

 Oktyabrın 2-6-sı tarixlərində Təbriz şəhərində reallaşan "Tour of İran” Beynəlxalq Velosiped yarışı zamanı Azərbaycana qarşı hörmətsizlik edilib. 
Demokrat.az xəbər verir ki, sözügedən yarışda Azərbaycan komandası təmsil olunsa da, ancaq dünya ölkələrinin bayraqları arasında Azərbaycan bayrağı yer almayıb. 
Təşkilatçı ölkə olan İranın Azərbaycana qarşı bu cür addım atması Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanovun etirazına səbəb olub. 
Etirazdan təqribən 40 dəqiqə sonra təşkilat komitəsinin məsul şəxsləri F.Qurbanovdan üzr istəyiblər və Azərbaycan bayrağını ən yüksək mövqedə yerləşdiriblər. Yalnız bundan sonra Azərbaycan komandası yarışa qatılıb.




Ana səhifəyə qayıt        Baxış: 382          Tarix: 3-10-2019, 12:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma