Xəbər lenti
Dünən, 19:25

 

Rusiyanın “Sberbank”ından müştərilərinə məxsus 60 milyon kredit kartından (həm mövcud, həm bağlanan) məlumatlar oğurlanıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, hazırda 18 milyon aktiv kredit kartı olan “Sberbank” kredit təşkilatı daxilində istintaqın başladıldığını söyləyib.

Kredit kartları haqqında məlumat, Rusiyada qadağan edilmiş bir İnternet forumunda satışa çıxarıldığı və “Hacker”in 200 kredit kartı məlumatını "sınaq" məqsədi ilə potensial müştərilərə satdığı qeyd olunub.

Ekspertlər Rusiya bank tarixindəki ən böyük sızıntı olduğunu qəbul edərək nəticələrin bütün bank sektoru üçün pis olacağına inanırlar.

Xatırladaq ki, Avropanın da ən böyük bankları sırasında yer alan “Sberbank”, Müstəqil Dövlət Birliyi, Orta və Şərq Avropa ölkələri ilə yanaşı, Türkiyə, Çin və Hindistan kimi ölkələrdə də fəaliyyət göstərir.




Ana səhifəyə qayıt        Baxış: 454          Tarix: 3-10-2019, 16:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma