
SalamNews-un "Sputnik"ə istinadla verdiyi xəbərə görə, “Rosneft”in mətbuat katibi Mixail Leontyev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda tərəflər arasında karbohidrogen ehtiyatların kəşfiyyatı və hasilatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair bir sıra sazişlərin imzalandığını açıqlayıb.
“Rusiya prezidenti Vladimir Putinlə İraq Kürd Muxtariyyətinin rəhbəri Nəçirvan Bərzaninin görüşü ərəfəsində "Rosneft"lə muxtariyyət arasında hasilat, ticarət, daşınma və infrastruktur layihələrinin inkişafına dair sənədlər paketi imzalanıb.", - şirkət nümayəndəsi bildirib.
"Rosneft" katibi şirkət üçün gəlirli olan irihəcmli hasilat sənədi imzaladıqlarını, buna görə də “Rosneft”in İraq Kürd Muxtariyyətindən Türkiyəyə qədər çatacaq böyük neft kəmərinin 2/3-nə sahib olacağını bildirib və əlavə edib ki, bu, 20 illik uzunmüddətli sazişdir və strateji investisiya qoyuluşudur.
