Xəbər lenti

 

Yaxın Şərqdə gələn il yeni silahlanma yarışı başlaya bilər.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk deyib. O, buna səbəbin BMT-nin İrana silah tədarükü ilə bağlı embarqo müddətinin bitməsini göstərib:

“Nüvə razılaşması sayəsində Rusiya və Çin kimi ölkələr İrana ənənəvi silahlarını sata biləcəklər. İran rejimi də həmçinin istədiyinə azad şəkildə silah sata biləcək. Bu, Yaxın Şərqdə yeni silahlanma yarışına səbəb olacaq”.




Ana səhifəyə qayıt        Baxış: 453          Tarix: 17-10-2019, 10:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma