Xəbər lenti

Avstraliyanın Melburn şəhərində partlayış və atəş səsləri eşidilib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə şəhərin yaşayış məntəqələrindən birində baş verib.
Naməlum şəxs silahla bir nəfəri yaralayıb, bir qadını isə girov götürüb. Hadisə yerində 40 atəş səsinin eşidildiyi bildirilib.
Hazırda şəhərdəki bəzi küçələrdə hərəkət dayandırılıb. Polis sakinləri evlərindən çıxmamağa çağırıb.

 




Ana səhifəyə qayıt        Baxış: 979          Tarix: 5-06-2017, 14:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma