Xəbər lenti

 

İngiltərənin Esseks qəzasında yük maşınının dondurma konteynerində donmuş vəziyyətdə tapılan 39 meyitin Çin vətəndaşları olduğu məlum olub.

“Report” “The Telegraph”a istinadən xəbər verir ki, onlardan 31 kişi, 8-i isə qadındır.

Hadisə ilə bağlı yük maşınının sürücüsü, 25 yaşlı Şimali İrlandiya sakini Mo Robinson həbs olunub. Bununla bağlı onun yaşadığı Armah qəzasında iki evdə axtarış aparılıb.

Mərhumları daşıyan treylerin dünən günorta vaxtı Belçikanın Zeebrugge şəhərindən gəldiyi və Şimali İrlandiyadan gələn dartıcı maşına qoşulduğu ortaya çıxıb. Belçika Prokurorluğunun sözçüsü Erik van Duyse məsələyə dair təhqiqata başladıqlarını açıqlayıb: “Hazırda maşının Belçika ərazisində nə qədər qaldığına dair fikrimiz yoxdur. Bu, saatlar da ola bilər, günlər də”.

Hadisə Böyük Britaniya Milli Cinayət Agentliyinin və Sərhəd Qüvvələrinin də Belçika üzərindən insan qaçaqçılığı ehtimalı ilə bağlı diqqətini cəlb edib.




Ana səhifəyə qayıt        Baxış: 366          Tarix: 24-10-2019, 17:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma