Amerikanın Koreya yarımadasına göndərdiyi USS Karl Vinson və digər döyüş gəmiləri artıq bölgəyə 2 saatlıq məsafədə mövqe tutub.
Ovqat.com Teleqraf.com-a istinadən xəbər verir ki, admiral Harri Harris hücum donanmasının çərşənbə günü Flippin dənizində olduğunu və Şimali Koreyaya 2 saatlıq hücum məsafəsində yerləşdiyini açıqlayıb.
Şimali Koreyanın nüvə təhdidlərinə qarşı güc nümayişi məqsədilə yarımadaya göndərilən nüvə başlığı daşıyan USS Miçiqan sualtı qayığı da hazırlıq vəziyyətinə gətirilib. Bu faktiki olaraq Ağ Evin Pxenyana döyüş mesajıdır.
ABŞ donanmasının internet saytında yerləşdirilən fotoşəkillərdə isə Cənubi Koreya və Yaponiya döyüş gəmilərinin də artıq USS Karl Vinsonla birlikdə hərəkət etdiyi məlum olub. Beləcə, ABŞ, Cənubi Koreya və Yaponiyanın döyüş gəmiləri qısa müddətə birgə hərbi manevrlər həyata keçirəcək.
Admiral Harris raket hücumundan müdafiə sisteminin bir neçə günə hazır olacağını və bu sistemin Şimali Koreyadan gələ biləcək raket hücumlarına qarşı tətbiq olunacağını qeyd edib.
Bu arada bəlli olub ki, Vaşinqton son həftələr Çin üzərindən Şimali Koreyaya təzyiqlər etmək xəttini seçib, lakin bu təzyiqlər real nəticə verməyib. Rəsmi Pekin Pxenyandan nüvə silahı proqramını dayandırmasını istəsə də, Amerikanın CNN kanalına danışan Şimali Koreyanın rəsmisi Sok Kol Von nüvə proqramı ilə bağlı həyata keçirilən təcrübələrin dayandırılmaycağını bəyan edib.
Qeyd edək ki, artıq aprelin 27-dən başlayaraq Pxenyan ABŞ və onun müttəfiqlərinin Şimali Koreya sərhədləri yaxınlığında hərbi manevrlərə başlamasına özünəməxsus formada cavab verib. Belə ki, rəsmi Pxenyan minlərlə artilleriya qurğusunu və digər silahları sərhəddəyeridərək, qarşı tərəfə əzələ nümayiş etdirib.
Paylaş: