Xəbər lenti

Ermənistanın “Delovoy Ekspress”  saytında iyunun 5-də Metsamor AES üzrə mütəxəssisin məqaləsi dərc edilib.

Erməni müəllifin «Посеяв ветер, пожнёшь бурю!» məqaləsinin (http://www.express.am/article/18_1153/view/%C2%AB%D0%BF%D0%BE%D1%81%D0%B5%D1%8F%D0%B2-%D0%B2%D0%B5%D1%82%D0%B5%D1%80-%D0%BF%D0%BE%D0%B6%D0%BD%D1%91%D1%88%D1%8C-%D0%B1%D1%83%D1%80%D1%8E%C2%BB.html) oxuculara maraqlı olacağını nəzərə alaraq təqdim edirik.

“Külək əsdirsən, fırtınada boğularsan!”

 

Son zamanlar bizim kütləvi informasiya vasitələrində tez-tez Azərbaycanın infrastruktur obyektlərinə məhvedici zərbənin endirilməsi ilə bağlı əsassız fikirlər səsləndirilir.

 

“Tərkisilah etmək məqsədilə” mülkü obyektlərə zərbələr endirilməsi öz-özlüyündə bir sıra  suallar doğurur. Belə zərbə kimi və nəyi  “tərkisilah” etmək üçün tətbiq olunur? Biz onlara belə zərbəni necə endirməyi planlaşdırırıq? Bu növ zərbələrin endirilməsindən danışarkən hətta deyirik ki, Bakını və Azərbaycan Respublikasının neft-qaz hasilatı rayonlarını və digər iqtisadi obyektlərini də vurmaqla ziyan verə bilərik! Məgər onlar bizim Silahlı Qüvvələrimizə təhlükədirlər?

 

Bütün bu suallara sizlər bizim strateqlərdən bəlkə də daha ağlabatan izahatlar ala bilərsiniz. Amma gəlin unutmayaq ki, qarşı tərəf, yəni Azərbaycan da belə hədələrə, niyyətlərə və hərəkətlərə cavab verəcəkdir.

 

Eyni zamanda yaddan çıxarmayaq ki, düşmən ordusunun sərəncamında da məhvetmə qabiliyyətinə malik müasir tipli silah və sistemlər vardır. Və onların köməyi ilə qarşı tərəf Ermənistan ərazisindəki obyektlərə, həmçinin Metsamor AES-na zərbələr endirə bilər.

 

Sadə və təcrübəsiz oxuculara ilk növbədə izah edilməlidir ki, atom elektrik stansiyaları nədir və onların qeyri-peşəkar istismarı hansı fəlakətlərə gətirib çıxara bilər? AES-də atom reaktorunda əldə edilən istilik fırlanan turbogeneratorların hərəkəti üçün su buxarının alınmasına sərf edilir. Bu tip stansiyalarda qəzaların səbəbləri müxtəlifdir: operativ personal (əməliyyat heyəti) tərəfindən texnoloji intizamın pozulması, onların peşəkarlığındakı nöqsanlar, yəni “insan faktoru”. 

 

Biz köhnəlmiş atom bloklarının istismarının ətraf mühitə və qonşu ölkələr üçün riskli olduğu barədə dəfələrlə məsələ qaldırmışıq. Bu yazıda bir daha bunu yada salmağa ehtiyac yoxdur. Amma AES-da baş verən qəzadan sonra nələr olduğunu həmişə yadda saxlamalı və bunu unutmamalıyıq.

 

İnsanlar şüalanma xəstəliyindən ən çox əziyyət çəkirlər. Bu xəstəlik orqanizmə ionlaşdırıcı şüaların mümkün həddi üstələyən miqdarlarda təsiri zamanı yaranır. Oxucuları Çernobıl AES-də baş vermiş qəzanın nəticələrini yada salmağa dəvət edirəm. O zaman Avropanın yarısı radioaktiv şüalanmadan əzab çəkmişdi. Ərazi, su, mühit, flora və faunaya ziyan dəymişdi ki, təbiətin çirklənməsinin nəticələri indiyə qədər də müşahidə olunur.

 

Akademik təhsilli mütəxəssis kimi ölümcül təhlükə haqqında qısa şəkildə “oxucunu maarifləndirmək”lə bildirmək istəyirəm ki, qəzadan uzaq olsaq da belə  hər kəs bu təhlükədən öz “payını” alaraq şüalanmanın təsirinə məruz qalacaqdır.   Bu məsələ barədə mən sizə məlumatlı bir şəxs kimi danışıram.

 

İonlaşan şüalanma radioaktiv dağılma, nüvə çevrilmələri, zəhərli zərrəciklərin maddədə ləngiməsi zamanı yaranır və ion mühiti ilə əlaqəyə girdikdə müxtəlif qütblü ionların yaranmasına səbəb olur.

 

Xatırladım ki, o dövrdə yerli icra hakimiyyəti orqanları rəhbərlərinin qətiyyətsizliyi və səriştəsizliyi səbəbindən yod profilaktikasının aparılması barədə qərar 6 may 1986-cı il tarixdə gecikdirilməklə verilmişdi. Nəticədə minlərlə insan qalxanvari vəzinin yüksək dozada (300 ber) şüalanmasına məruz qaldı. Hazırkı dövrdə biz Çernobıl qəzasına bənzər fəlakətin təkrar olunacağından tamamilə sığortalanmamışıq. Elə AES-nın ölkəmizdə olması artıq müəyyən zəhərlənmə riski və təhdidi yaradır.

 

Lakin bu gün söhbət ondan gedir ki, əgər biz düşməni, onun iri şəhərlərinə, əhalisinin sıx yaşadığı rayonlarına, sənaye obyektlərinə zərbə endirməklə təhdid ediriksə, o da öz növbəsində sakit dayanmayacaq, bu addımları cavabsız qoymayacaqdır. Məsələn, onlar Ermənistandakı vacib hədəflərə zərbə endirə bilərlər. Belə ki, təkcə Metsamor AES-nın vurulması nəticəsi bəlli olmayan qlobal qəzaya gətirib çıxara bilər. 1986-cı ildə Çernobılda nələr baş verdiyini unutmağa haqqımız yoxdur.

 

İndi isə mənim və bizim hərbi mütəxəssislərin qiymətləndirmələrinə görə, əgər düşmənin zərbə vasitələri ilə Metsamor AES vurularsa aşağıdakıların baş verməsi mümkün ola bilər:

 

- Metsamor AES-nın nüvə reaktorunun gücü (815 MVt) Çernobıl AES-nın gücündən (3000 MVt) az olmasına baxmayaraq söhbət 1986-cı ildə baş vermiş qəzaya analoji olan “qlobal qəza”dan gedir. O zaman çirklənmə Ukraynana ilə yanaşı, Belarus, Rusiya, Polşa, Norveç və bir çox digər Avropa ölkələrinə külək vasitəsilə yayılmışdır;

 

- Metsamor qəzası nəticəsində heç şübhəsiz ki, “bulud” nəinki stansiyaya yaxın yaşayış məntəqələrini bürüyəcək, hətta Ermənistanla həmsərhəd olan ölkələrin ərazilərinə də keçəcəkdir.

 

Heç kimi qorxutmaq istəməzdim. Baş verə biləcək qəza zamanı itkilərin 10 min nəfərədək olacağı barədə bizim ekspertlər tərəfindən fikirlər söylənilir. Bunlardan 3,5 min nəfərinin tamamilə məhv olacağı bildirilir.

 

Bütün bunlardan nəticə çıxararaq bizim böyük strateqlərə bir daha xatırlatmaq istərdim ki, hər hansı bir addımın atılmasını planlaşdırmazdan əvvəl mümkün nəticələri, xüsusilə də qarşı tərəfin cavab tədbirlərini dərindən düşünmək lazımdır.

 

Necə deyərlər, “Külək əsdirsən, fırtınada boğularsan!”(apa.az)

 

 

Metsamor AES üzrə mütəxəssis, A.X.

 




Ana səhifəyə qayıt        Baxış: 769          Tarix: 6-06-2017, 11:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma