Xəbər lenti

 

Qardaş Azərbaycanla birlikdə həyata keçirdiyimiz ortaq enerji və nəqliyyat layihələri Qafqazdan Anadoluya doğru sabitlik bölgəsi yaratmağımıza imkan verdi”.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bunu Gürcüstanın Baş Naziri Giorgi Qaxaria ilə ortaq keçirdiyi mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti bildirib ki, bu layihələr regionu enerji məsələlərində dünyanın mərkəzinə çevirib.

“Ortaq fikir və strateji baxışla Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinə Gürcüstan və Azərbaycanla birgə həyata keçirdiyimiz Trans Anadolu təbii qaz boru kəmərini də əlavə edərək, regionumuzu enerji məsələsində mərkəzə çevirdik. Nəqliyyat sahəsində də önəmli bir addım atdıq. Bakı-Tbilisi-Qars (BTQ) bu baxımdan tarixi bir andır. Bu dəmiryolu xəttinin açılması nəticəsində üç dost ölkə bir-biri ilə çox fərqli şəkildə bağlanmış oldu. Bakı-Tbilisi-Qars dəmiryolu xətti Londondan Çinə uzanan dəhlizin qəlbində yerləşən önəmli bir xətti təmsil edir”, - deyə Ərdoğan qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 439          Tarix: 31-10-2019, 17:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma