Xəbər lenti

 

ABŞ Konqresinin bir qrup üzvü Prezident Donald Trampa məktub yazaraq, onu türk həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdən imtina etməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, məktub Ağ Evə Konqresin Nümayəndələr Palatasının Beynəlxalq Münasibətlər Komitəsinin rəhbəri Eliot Engel tərəfindən göndərilib.

Məktubda vurğulanıb ki, Ərdoğanın Suriyada apardığı qanlı əməliyyatlar bölgədə sabitliyi təhdid edir və ABŞ-ın milli maraqlarını təhlükə qarşısında qoyur:

“Ərdoğanın Suriyanın şimalını ələ keçirmə qərarı ABŞ-ın təhlükəsizliyi baxımından qorxunc nəticələrə və NATO daxilində ciddi parçalanmaya yol açdı. Türk ordusu İŞİD-ə qarşı mübarizədə ABŞ-ın ən önəmli müttəfiqi olan Suriya Demokratik Qüvvələrinin üzvlərini qətlə yetirdi və yüz mindən çox insanın köçkün düşməsinə səbəb oldu”.

Məktubda Türkiyə liderinin rusiyalı həmkarı Vladimir Putinlə münasibətlərinə də toxunulub:

“Prezident Ərdoğan Türk Axını boru xətti layihəsində Rusiya ilə işbirliyində olaraq, Putinin Avropanı rus qazından asılı saxlamaq səylərinə dəstək verdi. Üstəgəl, Rusiyanın Suriyada möhkəmlənməsinə dəstək verir”.

ABŞ və Türkiyə prezidentləri arasında görüş sabah Vaşinqtonda keçiriləcək.




Ana səhifəyə qayıt        Baxış: 441          Tarix: 12-11-2019, 12:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma