Xəbər lenti

 

 

Minlərlə nümayişçi Tbilisinin mərkəzində Rustaveli prospektini bağlayıb.

Nümayişçilər proporsional sistemə keçidlə bağlı Konstitusiyaya düzəlişin qəbul olunmamasına etiraz edirlər.

Bu gün səhər gələn ildən Gürcüstan parlamentinə seçkilərin proporsional və majoritar sistemlərin tətbiqi ilə keçirilməsi haqda qanun layihəsi qəbul edilib. Müxalifət proporsional sistemə keçidlə bağlı təkid etsə də, minimum 113 səsdən 101 səs toplanıb və düzəliş qəbul olunmayıb.

Səhər saatlarından başlayan aksiyalarda müxtəlif partiyalar, ictimai təşkilatlar, tələbələr iştirak edir. Mitinqçilər Daxili İşlər naziri Georgi Qaxariyanın istefasını tələb edirlər.\\Teleqraf.com




Ana səhifəyə qayıt        Baxış: 306          Tarix: 14-11-2019, 22:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma