Xəbər lenti

 

Dünya erməniləri Qarabağ üçün 9 milyon 856 min 100 dollar vəsait toplayıb. Telemarafon ötən axşam Yerevanda start götürüb.

Telemarafon Dağlıq Qarabağın, Ermənistanın Lori, Tavuş və Şirak bölgələrinin içməli su ilə təmin olunması və günəş energetikasının inkişafı üçün həyata keçirilir.

Maraqlıdır ki, ötən il “Hayastan” fondu 11 milyon 109 min 633 dollar toplamışdı. Telemarafonun ilk 4 saatı Yerevanda, qalan 8 saatı isə Los-Ancelesdən yayımlanıb.

 “Hayastan” fondu 1992-ci ildə yaradılıb. Fond fəaliyyətə başladığı gündən Ermənistan və Dağlıq Qarabağ bölgəsi üçün 300 milyon dollardan artıq ianə toplayıb.(Modern.az )




Ana səhifəyə qayıt        Baxış: 249          Tarix: 29-11-2019, 11:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma