Xəbər lenti

 

Rusiyalı iş adamı Dmitri Obretetskini Londonda maşın vuraraq öldürüb. Virtualaz.org xəbər verir ki, bu barədə ötən gün “Partners & Borovkov” konsaltinq şirkətinin saytında məlumat yerləşdirilib.

"Volgograd Online" portalının yaydığı məlumata görə, "Magnat" şirkətlər qrupunun qurucusu və sahibi avtomobillə vurulandan sonra komaya düşüb. Təxminən bir həftə sonra, noyabrın 30-da Obretetski komadan ayılmadan ölüb. Qohumları hələlik hadisənin təfərrüatlarını açıqlamayıblar.

Ancaq o məlumdur ki, son illərdə biznesmen ailəsi ilə birlikdə İngiltərədə yaşayırdı.

Dmitri Obretetski 1991-ci ildə Volqoqradda “Maqnat” şirkətini təsis edib. Hazırda şirkətlər qrupu Rusiya daxilində fəaliyyət göstərir və “Mars”, “Nestle”, “Procter & Gamble” şirkətlərinin rəsmi distribütorudur.

İş adamı Rusiyanın futbol üzrə milli komandasının “Euro-2008”-dəki bürünc mükafat qazandığı oyundan sonra futbol mühitində xeyli məşhurlaşmışdı. Maqnat holland fanatlara məxsus tribunada canlı yayım zamanı görüntülənib. O, üzərində "Volqoqrad" yazısı olan böyük bir Rusiya bayrağı tutub. \\Virtualaz.org




Ana səhifəyə qayıt        Baxış: 304          Tarix: 4-12-2019, 20:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma