Xəbər lenti

 

ABŞ “Avropa Müdafiəçisi 2020” təlimlərində iştirak etmək üçün müvəqqəti olaraq 20 min nəfər hərbçisini Avropaya göndərəcək.

ABŞ Briqada generalı Şon Barnabinin sözlərinə görə, 20 min əsgər Avropa ölkələri üzrə bölünəcəklər.

“Bu, son 25 ildə Avropaya göndərilən ən böyük hərbçi sayıdır”, - deyə Barnabi qeyd edib.

Əsgərlərin qatılacağı təlimlər arasında “Cəld cavab”, “Birlik ruhu”, “Dinamik cəbhə”, “Bıçaq təsiri” yer alır. Onlar 2020-ci ilin fevral-aprel ayları ərzində Avropaya yola salınacaqlar. Təlimlərdən sonra isə hərbçilər ABŞ-dakı yerləşdirmə yerlərinə qayıdacaq.

Qeyd edək ki, “Avropa Müdafiəçisi 2020” təlimlərində müxtəlif ölkələrdən 37 min hərbçi iştirak edəcək. \\Qafqazinfo




Ana səhifəyə qayıt        Baxış: 334          Tarix: 9-12-2019, 20:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma