Xəbər lenti

 

Tiflis Şəhər Məhkəməsi Yeni Gürcüstan Partiyasının liderlərindən biri olan Gigi Uqulavanı hava limanında xuliqanlıqda və vətəndaşa qarşı fiziki zorakılıqda günahkar bilib.

Axar.az xəbər verir ki, məhkəmə Uqulavanın 2000 lari həcmində girov qoyması, eləcə də bütün sənədlərini istintaq orqanlarına verməsi haqqında qərar qəbul edib.

Uqulava isə onun barəsində keçirilən məhkəməni hakimiyyətin sifarişi adlandırıb. O, hava limanında iki nəfərin hücumuna məruz qaldığını, amma məhkəmənin insidentin videoyazılarını izləməkdən imtina etdiyini bildirib.

Uqulava dekabrın 11-də Kiprə uçmaq istədiyini söyləyib:

“Mən bir neçə əcnəbiyə İvanişvilinin keçmiş fəaliyyəti, necə zənginləşməsi barədə məlumat vermək niyyətindəydim. İvanişvili mənə bunu etməyə izn vermədi və hava limanında provokasiya təşkil etdirdi”.

Qeyd edək ki, Uqulava Tiflisin eks-meridir.




Ana səhifəyə qayıt        Baxış: 182          Tarix: 13-12-2019, 13:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma