Xəbər lenti

 

Türkiyəyə sanksiya tətbiq edilərsə, biz də bu sanksiyalara cavab vermək məcburiyyətində qalacağıq.

Bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

ABŞ-ın Türkiyənin S-400 sistemləri almasına qarşı çıxdığını xatırladan Çavuşoğlu ölkənin ehtiyacı olan müdafiə sistemini Rusiyanın uyğun təklifi səbəbindən aldıqlarını bildirib.

Nazir Türkiyənin qərar qəbul edərkən öllkələr arasında seçim etmək deyil, balans saxlamaq məcburiyyətində olduğunu deyib:

“Sanksiyalar və təhdid dili əsla işə yaramaz. ABŞ da bunu anlamalıdır. Anladığını da başa düşürəm. Donald Tramp da sanksiyalara qarşı çıxır. Fəqət sanksiya tətbiq edilərsə, Türkiyə buna qarşılıq vermək məcburiyyətindədir. Biz sanksiyalar olmadan və dialoq yolu ilə bir-birimizi anlayaraq problemi həll etməyə çalışırıq”. \\Axar.az




Ana səhifəyə qayıt        Baxış: 309          Tarix: 14-12-2019, 22:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma