Fransa Rusiyadan Smolenksdə aşkar olunan Napoleonun yaxın silahdaşı general Güdenin qalıqlarının təhvil verilməsini xahiş edib.
Axar.az xəbər verir ki, bu barədə Fransanın “Point” nəşri məlumat yayıb.
Qalıqlar bu yay Smolensk şəhərinin Lopatinsk bağında Kral qalasında qazıntılar zamanı aşkar edilib.
Daha əvvəl Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov Fransanın qalıqları istəyəcəyi təqdirdə Rusiyanın onu təhvil verməyə hazrı olduğunu bildirmişdi.
Qeyd edək ki, Parisin Əlillər evində generalın təntənəli anım mərasimi təşkil olunacaq və Rusiya prezidentinin bu mərasimdə iştitrak edəcəyi gözlənilir. Mərasimin sonunda generalın qalıqları torpağa tapşırılacaq.
Sezar Şarl-Etyen Güden (1768-1812) 1812-ci il kampaniyası zamanı fransız ordusunun 3-cü divizionunun 1-ci korpusuna rəhbərlik edib. Döyüş zamanı mərmi onun hər iki ayağını qoparıb və o həlak olub.
Paylaş: