Bu yaxınlarda sosial şəbəkələrdə Ermənistanda 7 min obyektin mühafizəsi ilə bağlı polislə bağlanan müqavilələrinin müddətinin 28 noyabr tarixində başa çatdığı və bunun müddətinin uzadılmayacağı barədə məlumatlar yayılıb.
Bu o deməkdir ki, Ermənistanda bir çox polis işçisi işdən çıxarılaraq, işsiz qala bilər. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, bu obyektlərin qorunması məşhur iş adamlarından birinin adı ilə əlaqələndirilən bəzi özəl şirkətlərə həvalə ediləcək.
Jurnalistlər Ermənistan polisinin İctimaiyyətlə Əlaqələr və Məlumat Şöbəsindən qeyd edilən məsələlərə aydınlıq gətirməsini xahiş edib.
Bu məlumat nə dərəcədə doğrudur? Əgər belədirsə, şirkətlərlə bağlanmış müqavilələrin şərtləri hansı əsaslandırma ilə dəyişdirilməlidir və hansı özəl mühafizə şirkətindən söhbət gedir?
Suallara cavab olaraq polis qurumu rəsmi məktubunda “İnternetdəki şayiələrin həqiqətə uyğun olmadığını” yazıb. Sonra məlumat verərək bildirib ki, Ermənistan Baş Dövlət Mühafizə İdarəsində struktur dəyişiklikləri məsələsi müzakirə olunur. Yəni bəzi proseslər gedir.
“Eyni zamanda sizə bildiririk ki, Ermənistan Respublikası Dövlət Mühafizə Baş İdarəsinin əməkdaşları vəzifələrinin azaldılması nəticəsində işdən azad edilən polis əməkdaşları olarsa, onlara üstünlük verilərək Polisdə boş vəzifələr təklif ediləcək. Polisinin müvafiq boş vəzifələrinə təyin edilməsini istəməyən şəxslərin də özəl təhlükəsizlik şirkətlərində işə qəbul olma imkanı olacaq”, - deyə Polisin cavabında bildirilir.
Bu yaxınlarda məlum oldu ki, işçiləri polis olan Dövlət Təhlükəsizliyi Baş İdarəsinin əməkdaşları polis olan hərbiləşdirilmiş dəstəsi ləğv edilir. “
Məlumata görə, Dövlət Təhlükəsizliyi Baş İdarəsində hazırda böyük ixtisarlar aparılır və dekabrın 16-na qədər təxminən 800 işçisini ixtisar etməlidir.
“İndi, işəgötürənin təşəbbüsü ilə Ermənistan Respublikası Əmək Məcəlləsinin 113-cü maddəsinə əsasən insanları işdən azad etməmək üçün, insanları ərizə yazmağa və başqa işə keçdiklərini qeyd etməyə məcbur ediblər. Qanunsuzluq yuxarıda göstərilən maddə ilə işdən azad olunma ilə bağlı müavinət ödənilməməsidir.
Hər kəsin ərizələri yazılıb, şəxsi sənədlər hazırdır, yalnız həmin gün möhürlərin vurulması qalır. Məsələ xidmətin ləğv edilməsinin qanunsuz olması deyil, söhbət insanların qanunsuz işdən azad edilməsindədir. Böyük maaş da almırlar. Adam var - 60.000 dram, dam da var - 80.000 dram maaş alır. İşdən azad edilmə müavinəti də çox deyil, buna bərabər bir şey ola bilərdi. Onlara başqa heç bir iş təklif olunmayıb, onlar işsiz qalacaqlar”, - deyə adının çəkilməsini istəməyən mənbə bildirib.
Ermənistanda Dövlət Mühafizə Baş İdarəsinin hərbiləşdirilmiş dəstəsi büdcədənkənar vəsaitlə maliyyələşidilirdi. Hökumət 2018-ci il 19 noyabr tarixli iclasında büdcədənkənar maliyyələşmə sistemindən imtina etmə barədə qərar qəbul edib. Polisin 2015-ci il tarixli məlumatına görə, Ermənistanda 28 təşkilat mühafizə xidməti yerinə yetirir. Bunlardan bir neçəsi konkret iş adamlarına aiddir. İndi hakimiyyət bu şirkətlərdən bir-ikisinə imtiyazlar vermək niyyətindədir. Üstəlik əldə edilən məlumata görə, Paşinyanın cangüdənlər dəstəsinin üzvü Qazar Qazaryan da belə şirkət yaratmaq niyyətindədir. Həmin şəxs inqilab ərəfəsində Paşinyanın çantasını daşıyırdı.
Məlumata görə, Qazaryanın və iş adamlarından birinə aid olan şirkətlərə işsiz qalan polis əməkdaşlarının bir qismi yerləşdiriləcək. Sayca 7 min obyektin mühafizəsi ilə bağlı müqavilələr bundan sonra polislə deyil, həmin bu şəxslərin mühafizə şirkətləri arasında bağlanacaq. \\Ordu.az
Paylaş: