ABŞ və Rusiyanın baş qərargah rəisləri Mark Milley və Valeri Gerasimov İsveçrənin paytaxtı Berndə görüşüb.
Teleqraf.com xəbər verir ki, ilk dəfə ölkələrin qərargah başçıları arasında təkbətək görüşdə Suriya böhranına dair fikir mübadiləsi aparılıb.
Rusiya Müdafiə Nazirliyi görüş barədə məlumat yayıb.
Məlumatda bildirilib ki, hər iki tərəf strateji sabitlik, Suriya və digər bölgələrdəki situasiya barədə, tərəflərin hərbi fəaliyyətləri vaxtı ehtimal olunan anlaşılmazlıqların aradan qaldırılmasına dair müzakirə aparıb.
ABŞ qərargah rəisinin mətbuat katibi Didi Halfill də açıqlamasında bildirib ki, Milley və Gerasimov Suriya, strateji sabitlik və bir sıra hərbi məsələlər barədə danışıb.
Açıqlamada görüşün qarşıdurmaların qarşısının alınması, qarşılıqlı anlaşmaları genişləndirmək və riskləri azaltmaq məqsədi daşıdığı bildirilib.
Halfill Milley və Gerasimov arasında kreativ anlaşmanın əldə edildiyini deyib.
Paylaş: