Xəbər lenti

 

Ermənistan hökumətinin binası qarşısında “Kamk” İctimai Birliyinin təşəbbüsçüləri və “Nairit” müəssisəsinin keçmiş əməkdaşları etiraz aksiyası keçiriblər.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, onlar zavodun yenidən fəaliyyətə başlamasını tələb ediblər.

Onlar bildiriblər ki, Ermənistan hökuməti “Nairit” zavodunu yenidən fəaliyyətə başlaması üçün iqtisadi inqilab proqramına daxil etməlidir.

Qeyd edək ki, Ermənistanın strateji müəssisələrindən sayılan “Nairit” zavodunun 2016-cı ildə müflisləşdiyi elan olunub.




Ana səhifəyə qayıt        Baxış: 467          Tarix: 20-12-2019, 20:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma