Xəbər lenti

 

Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiyanın oğlu Tsotne Qamsaxurdiyanın yaralanması isə bağlı beş nəfər saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyində keçirilən xüsusi brifinqdə bildirilib.

Saxlanılan şəxslərin biri qəsdən adam öldürməyə cəhddə, digər dörd nəfəri isə ağır cinayət barədə məlumat verməməkdə ittiham olunur. 

Bir nəfəri 7 ildən 15 ilədək, cinayət haqqında məlumat verməyən şəxsləri isə 3 ildən 7 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, T.Qamsaxurdiyaya ötən gün axşam saatlarında yaşadığı evin yaxınlığında hücum olub. Kəsici alətlərlə sinə, bel və baş nahiyələrindən ağır xəsarətlərin yetirildiyi keçmiş prezidentin oğlu əməliyyat olunub, vəziyyəti çox ağır qiymətləndirilir. \\Report




Ana səhifəyə qayıt        Baxış: 213          Tarix: 20-12-2019, 22:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma