“Rusiya bütün təbliğat qaynaqlarından fəal istifadə edərək, daxildə Gürcüstanın milli maraqlarına zidd olan siyasi qrupları gücləndirdi, ölkəmizə qarşı hibrid taktikalardan istifadə edir”.
Teleqraf.com xəbər verir ki, bunu gürcü politoloq Teona Akubardiya deyib.
Ekspertuin fikrincə, Gürcüstan hökuməti Rusiyanın hibrid müharibəsinə qarşı heç bir tədbir görmür:
“Rusiya öz maraqlarına çatmaq üçün bir çox komponentdən istifadə edir. Hibrid taktika ilə ölkəni qarışdırmağa çalışır. Rusiya Gürcüstanı Avropa İttifaqı və Qərbdən uzaqlaşdırmaq üçün bütün vasitələrə əl atır”.
Teona Akaburdiya Rusiyanın keçmiş sovet respublikalarına münasibətlərinə də toxunub: “Rusiyanın strateji tərəfdaş adıyla yanaşdığı ölkələrə - Avrasiya İqtisadi Birliyi və ya MDB ilə münasibətinə baxın. Rusiya bu ölkələrə yaxşı heç nə təklif etmir.
Gürcüstan hökumətinin məsələyə münasibətinə gəlincə, Tiflis Moskvanın qarşısını əl-qolunu bağlayıb gözləyir. Nəticədə Gürcüstanın Rusiya bazarından iqtisadi asılılığı artıb. Turizmə bağlılıq da artıb. Belə ki, Rusiya turizm biznesi ilə məşğul olan özəl sektora zərbələr endirərək uçuşları dərhal təxirə saldı.
Çünki hakimiyyət strateji sənədlərdə bu təhlükəni qismən tanısa da, Kremlin hibrid müharibəsinə qarşı çıxmaq üçün heç bir iş görmür. Əksinə, Rusiya bazarından iqtisadi asılılıq getdikcə dərinləşir. Təəssüf ki, hakimiyyət heç bir halda Kremlin Gürcüstana qarşı geniş təbliğatına qarşı çıxmır”.
Politoloq Gürcüstanda rusiyapərəst təşkilatların sayının artdığına da diqqət çəkib:
“Bu gün birbaşa Rusiya tərəfindən maliyyələşdirilən qeyri-hökumət sektorunun fəaliyyəti kəskin artıb. Onların sayı rəsmi olaraq 14-ə çatıb. Onların bir çoxu bölgələrdə fəal işləyir.
Rusiyapərəst qüvvələrə vətəndaş sektorundan müqavimət göstərmək çox çətindir, çünki hökumətin özü tez-tez rusiyapərəst qüvvələrdən istifadə edir. Bu yanaşmanın bariz nümunəsi, Gürcüstan hakimiyyətinin Vladimir Putinin iddia etdiyi kimi, 2008-ci ildəki müharibənin Mixail Saakaşvili tərəfindən başladıldığı iddiasıdır.
Son dövrə qədər Bidzina İvanişvili qeyri-hökumət sektoruna birbaşa qarşı çıxmırdısa, bu gün Qərb təşkilatları, ABŞ hökuməti tərəfindən maliyyələşdirilən QHT sektoruna kütləvi hücumun şahidi oluruq. Təəssüf ki, bu, anti-Qərb təbliğatına töhfə verir”.
Paylaş: