Yaponiya parlamentinin Yuxarı Palatası 83 yaşlı imperator Akihitonun taxt-tacdan çəkilməsinə dair xüsusi qanun layihəsini təsdiqləyib.
"Report" BBC-yə istinadən xəbər verir ki, parlament 200 ildən sonra ilk dəfə belə qərar qəbul edib.
Taxtdan çəkilmə qanun rəsmi dərc edildikdən sonrakı üç il ərzində istənilən an baş verə bilər.
Bundan sonra hakimiyyət Akihitonun böyük oğlu şahzadə Naruhitoya keçəcək, imperator isə əsas üstün imkanlarını qoruyacaq.
Yaponiyanın Baş naziri Şindzo Abe qanun layihəsinin qəbulunu ölkə tarixində mühüm an adlandırıb.
Qanun imperatora siyasət məsələləri danışmağı qadağan edir. Elə məhz bu səbəbdən də Akihito taxtdan çəkilmək istədiyini birbaşa deyə bilmirdi.
Qeyd edək ki, Yaponiyada buna qədər imperatorun taxtdan çəkilməsi halına 1817-ci ildə rast gəlinib.
Paylaş: