Xəbər lenti

 

Rusiyanın səsdən sürətli, nüvə başlığı daşımaq gücündə olan ballistik raket sistemləri adı açıqlanmayan bölgəyə dislokasiya edilib.

Teleqraf.com xəbər verir ki, məsələ ilə əlaqədar açıqlama verən Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın raket əleyhinə müdafiə silahlarının bu sistemlərə mane ola bilməyəcəyini bildirib.

Rusiya Müdafiə naziri Sergey Şoyqunun məsələ ilə əlaqədar Vladimir Putini məlumatlandırdığı qeyd olunub. Lakin sistemlərin hansı bölgədə yerləşdirilməsi haqda məlumat yoxdur.

“Avanqard” adlı hipersonik qitələrarası raket sistemi səsdən 27 dəfə sürətlidir.

Putin sistemlərin dünyada analoqunun olmadığını, gələcəyi də qabaqladığını bildirib.

Rusiyanın yeni nəsil nüvə silahlarının dünyanın istənilən nöqtəsini vura biləcəyini söyləyən Putin ABŞ-ın hüva hücumundan müdafiə sistemlərinin bunlara mane ola bilməyəcəyini iddia edib.

Rusiya prezidenti “Avanqard”ların bütün raket sistemlərini darmadağın etmək gücündə olmasına da diqqət çəkib.




Ana səhifəyə qayıt        Baxış: 377          Tarix: 28-12-2019, 10:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma