Xəbər lenti

 

Roma Papası Fransisk Yeni il şənliyi ilə əlaqədar Romanın Müqəddəs Petr meydanında toplaşan katoliklərlə görüşü zamanı bir qadının əlinə zərbə endirib.

APA-nın məlumatına görə, videogörüntü “CBS News” telekanalının “Twitter” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

Kadrlardan görünür ki, dəmir çəpərin arxasında olan qadın Roma Papasının əlindən tutur. Roma Papası qadının hərəkətinə dərhal reaksiya verir, bir neçə dəfə digər əli ilə qadının əlinə zərbə endirir.

Dərhal olaya Roma Papasının mühafizəçiləri müdaxilə edir.

 




Ana səhifəyə qayıt        Baxış: 304          Tarix: 1-01-2020, 14:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma