“CNN”in xəbərində deyilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub. Hər iki ölkə rəhbərinin ümumi qənaətinə görə İrana nüvə silahı əldə etməyə imkan vermək olmaz. Tərəflər Qasım Süleymaninin ölümündən sonra yaranmış gərginliyin diplomatik yollarla aradan qaldırılmasının vacibliyini vurğulayıblar.
“CNN” qeyd edir ki, Qasım Süleymaninin ölümündən sonra İran 2015-ci ildə əldə olunmuş nüvə anlaşmasından tamamilə imtina etdiyini bildirib. Avropa Birliyi isə Donald Tramp tərəfindən birtərəfli qaydada ləğv edilmiş həmin sazişi xilas etməyə çalışır.
O da maraqlıdır ki, əvvəllər Türkiyə İranın nüvə silahı əldə etməsinə loyal münasibət göstərirdi. Hətta bu istəyə dəstək də verirdi. İndi isə əvvəlki mövqeyindən ciddi şəkildə fərqlənən yeni bir yanaşma ortaya qoyub.
https://edition.cnn.com/middleeast/live-news/us-iran-soleimani-tensions-intl-01-07-20/index.html
Elbəyi Həsənli, Sürix
Musavat.com
Paylaş: