Xəbər lenti

 

ABŞ hərbi bazalarına raket hücumları regional səviyyədə davam etdiriləcək əməliyyatların başlanğıcı idi.

Axar.az xəbər verir ki, bu sözləri İran İslam İnqibalı Keşikçiləri Korpusunun Kosmik və Aviasiya üzrə komandanı Əmir Əli Hacızadə deyib.

“Heç kimi öldürmək istəmədik. Belə hədəfimiz olsaydı, ABŞ-ın hərbi lokasiya mərkəzlərini vurardıq. Yüzlərlə raketin hazır olmasına baxmayaraq, sadəcə 13 raket atmaqla kifayətləndik. Heç kimi öldürmək istəməsək də, onlarla insan öldü, yaxud yaralandı. Əməliyyatı ilk mərhələdə 500 insanın öldürülməsi səviyyəsinə çatdıra bilərdik. Əgər ABŞ qarşılıq versəydi, itkiləri 4000-5000 arası olacaqdı”, - deyə Hacızadə bildirib.




Ana səhifəyə qayıt        Baxış: 473          Tarix: 10-01-2020, 11:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma