Xəbər lenti

 

Ötən gecə Pakistanın Kvetta şəhərinin Qusabad rayonundakı məsciddə törədilən partlayış nəticəsində, son məlumata görə, 15 adam həyatını itirib, 20 nəfər müxtəlif dərəcədə xəsarət alıb.

Modern.az Pakistan mətbuatına istinadla xəbər verir ki, ölənlər arasında şəhər polisi rəhbərinin müavini də var.

Partlayış baş verən ərazi mühasirəyə alınıb, qanlı hadisənin səbəbləri araşdırılır. Məsuliyyəti hələ ki heç bir qruplaşma üzərinə götürməyib.




Ana səhifəyə qayıt        Baxış: 441          Tarix: 11-01-2020, 10:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma