Xəbər lenti

 İtaliyanın Akvila şəhərində 3,9 bal gücündə zəlzələ baş verib.

 APA-nın “Repubblika” qəzetinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların ocağı 13 km dərinlikdə yerləşib.

 Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. Məlumata görə, təşviş içində evlərini tərk edən əhali küçələrə çıxıb.

 Qeyd edək, ötən il, avqustun 23-nə keçən gecə İtaliyanın mərkəzi hissəsində 6,2 bal gücündə zəlzələ baş verib. Latsio, Umbriya və Marka vilayətlərində ciddi dağıntılar baş verib, 300-ə yaxın insan təbii fəlakətin qurbanı olub. 




Ana səhifəyə qayıt        Baxış: 589          Tarix: 10-06-2017, 07:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma