Kreml rəhbəri Suriyada yaradılan təhlükəsiz zonaların xüsusilə əhəmiyyətli olduğunu deyib
Sputnik. Rusiya prezidenti Vladimir Putin, Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində çıxış edib. Son dövrlər Suriyadakı böhranla bağlı ümidverici hadisələr yaşandığını deyən Putin, bunun Türkiyə, İran və Rusiyanın birgə səyi ilə mümkün olduğunu bildirib. "Rusiya, Türkiyə və İranın səyləri ilə Astanada keçirilən "Suriya" zirvəsi bu ölkədə böyük ölçüdə atəşkəsin təmin olunmasında vacib rol oynadı. Siyasi həll üçün yeni bir ümid doğdu. Həmçinin, Cenevrə danışıqlarına təkan verildi" — Putin qeyd edib. Kreml rəhbəri Suriyada yaradılan təhlükəsiz zonaların xüsusilə əhəmiyyətli olduğunu deyib. O, həmçinin terrora qalib gəlməyin tək yolunun dövlətlərin birgə fəaliyyəti ilə mümkün olacağını söyləyib.
Paylaş: