Xəbər lenti

 

“Ərdoğan öz maraqları üçün hər kəslə dost olmaq istəyir. Bunun üçün Ukraynadan xammal, çörək və s. almağı planlaşdırır. Bundan əlavə, Suriyada güzəşt əldə etmək üçün Ukraynadan Rusiyaya təzyiq kimi istifadə etmək istəyir”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Semyon Baqdasarov deyib.

“Onun haqqında heç bir təsəvvürümüz yoxdur. “Türk axını” kimi layihələrlərlə maraqlanır, digər tərəfdən isə Suriyada hansı mövqedə olduğunu görürük. Tezliklə Suriya istiqamətində onunla bağlı daha sərt siyasət yürütməyimizin lazım olduğunu anlayacağıq. Bu zaman məsələsidir”, - politoloq vurğulayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 3-də Ukraynaya səfəri zamanı fəxri qarovul dəstəsini “Yaşasın Ukrayna! Yaşasın qəhrəmanlar!” şüarı ilə salamlayıb. Rus mediası bu şüarın İkinci Dünya Müharibəsi zamanı ukraynalı nasistlər tərəfindən səsləndirildiyini bildirib.

Digər yandan Ərdoğanın ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşündə Krımın Rusiyaya ilhaqını tanımadıqlarını elan etməsi də, Rusiyada etirazlara səbəb olub.




Ana səhifəyə qayıt        Baxış: 559          Tarix: 6-02-2020, 16:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma