Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Federika Moqerini bu ilin 27 noyabr tarixində Avropa Parlamentinin şərq qonşuluğunda inkişaf mövzusunda keçirilən müzakirələrində çıxış edib.
APA-nın Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə, çıxışı zamanı Ali Nümayəndə son 5 il ərzində Şərq Tərəfdaşları ilə işləmək imkanından bəhs edərək 2014-cü ildə vəzifəyə gəldiyi zaman bu məsələnin Aİ-nin xarici və təhlükəsizlik siyasəti gündəliyinin ən mühüm elementlərindən biri olduğunu qeyd edib və hazırda isə Aİ-nin Şərq Tərəfdaşlarına daha da yaxın olduğunu vurğulayıb.
Hər bir Şərq Tərəfdaşlığı ölkəsi ilə münasibətlər haqqında bəhs edən F. Moqerini Aİ-nin Azərbaycan ilə yeni Sazişi yekunlaşdırmaq üçün işi davam etdirdiyini və beynəlxalq standartlara uyğun olaraq, insan hüquqlarından iqtisadiyyatın şaxələndirilməsinin dəstəklənməsinədək müxtəlif məsələləri əhatə edən ambisiyalı sazişin arzu edildiyini vurğulayıb.
Paylaş: