Elizabet Qrieko
“Pew Research Center”, 14.02. 2020
ABŞ qəzet sənayesinin çapaladığı dövrdə son pis xəbər: “McClatchy” qəzet şəbəkəsi iflas etdiyini bəyan edib.
“McClatchy” 14 əyalətdə, o cümlədən “Kansas City Star”, “Mayami Herald”, “Charlotte Observer”, “Fort Worth Star-Telegram” və “Sakramento Bee” kimi media şirkətlərinə sahibdir.
Şirkətin iflas ərizəsi verildiyi zaman, “Pew” Araşdırma Mərkəzinin sorğuları, Redaktor və Yayımcı, Yoxlanılan Medialar İttifaqı, Qiymətli Kağızlar və Birja Komissiyası, habelə Əmək Statistikası Bürosuna aid, əvvəllər dərc edilmiş məlumatların təhlilinə əsaslanaraq, qəzet sənayesinin son dövrlərdəki maliyyə mübarizəsi ilə bağlı bəzi məlumatlar açıqlanıb.
ABŞ-da qəzet tirajları, mövcud məlumatlara əsasən, 1940-cı ildən bu yana ən aşağı səviyyəyə enib.
Gündəlik ümumi qəzet tirajı (çap və rəqəmsal formada) 2018-ci ildə həftənin iş günləri üçün 28,6 milyon nüsxə təşkil edib, həftəsonlarında isə 30.8 milyon nüsxə.
Bu say əvvəlki ilə nisbətən müvafiq olaraq 8% və 9% azalma deməkdir.
Hər iki say indi ən aşağı qeydə alınan səviyyədir, baxmayaraq ki, həftəsonu dövriyyəsi ilk dəfə 2013-cü ildəki səviyyəni keçib.
Qəzet gəlirləri 2008 ilə 2018-ci illər arasında kəskin şəkildə azalıb.
Reklam gəlirləri 2008-ci ildəki 37.8 milyard dollardan 2018-ci ildə 14.3 milyard dollara enib (- 62%).
ABŞ qəzetlərində məşğulluq 2008 və 2018-ci illər arasında təqribən yarıya qədər (- 47%), 71 min işçidən 38 minədək azalıb.
Qəzetlər bu müddət ərzində ABŞ-dakı ümumi məşğulluda daha çox işçi ixtisar ediblər.
ABŞ qəzetlərində ixtisarlar davam edir. 2018-ci ildə gündəlik və ya həftəsonu tirajı 50.000 və ya daha çox olan orta tiraj dövriyyəli çap KİV-lərinin təxminən dörddə biri (27%) böyük ixtisarlar həyata keçirib.
İxtisarlar 2017-ci ildə eyni dövriyyəsi olan KİV-lərin təxminən üçdə birini (31%) əhatə edib. Üstəlik, 2018-ci ildə qəzetlər tərəfindən azaldılan iş yerlərinin sayı əvvəlki ilə nisbətən daha çox olub.
2018-ci ilin sonunda keçirilmiş sorğuya əsasən, amerikalılar yerli xəbər mənbələrinin üzləşdikləri maliyyə problemləri barədə az məlumatlıdırlar.
ABŞ-da yetkinlərin əksəriyyəti (71%) yerli media orqanlarının maddi cəhətdən yaxşı vəziyyətdə olduğuna inanır.
Respondentlərin yalnız 14%-i yerli xəbər orqanları üçün iana verdiklərini, abunə olduqların və ya pul ödədiklərini söyləyir.
Strateq.az
Paylaş: