Xəbər lenti

 

Ötən gün Moskvada Türkiyə lideri Ərdoğanla Rusiya Prezidenti Putinin təkbətək görüşündən sonra yaşanan bir məqam diqqətləri çəkib.

Axar.az xəbər verir ki, Ərdoğan Rusiya XİN başçısı Lavrovla görüşərkən, bəzi məqamları dəqiqləşdirmək istəyib. Buna görə də Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunu çağıraraq, ondan sözlərini Lavrova tərcümə etməsini xahiş edib.

Ərdoğan Lavrovdan "Bu anda Əsədlə danışıldı, elədirmi?" deyə soruşub. Çavuşoğlu buz sözləri Lavrova tərcümə edib. Ərdoğanın bununla atəşkəs razılaşmasına Əsədin riayət edəcəyini yəqinləşdirmək istədiyi təxmin edilir.

Lavrovun cavabı mikrafonlara düşmədiyindən, nə dediyi bəlli deyil.




Ana səhifəyə qayıt        Baxış: 2 025          Tarix: 6-03-2020, 12:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma