Xəbər lenti


“ABŞ-ın dövlət katibi Maykl Pompeonun İrana qarşı mövcud silah embarqosunu genişləndirmək barədə açıqlamaları dünya birliyinin diqqətini Vaşinqtonun İran xalqına qarşı davam edən iqtisadi terrorizmindən yayındırmaq məqsədi daşıyır”.
Bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taxt-Rəvançi özünün “Twitter” səhifəsində yazıb.
 O deyib ki, ABŞ diqqəti İran xalqına qarşı davam edən iqtisadi terrorizmdən yayındırmaq istəyir:
“Bu dəfə ABŞ BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozmağa və İrana silah embarqosunu uzatmağa çağırır”.
Məcid Taxt-Rəvançi əlavə edib ki, ABŞ digər ölkələri beynəlxalq hüququ pozmağa inandıra bilməyəcək.
Qeyd edək ki, şənbə günü Pompeo bir daha BMT Təhlükəsizlik Şurasına müraciət edərək İrana qarşı mövcud silah embarqosunu uzatmağa çağırıb. /APA



Ana səhifəyə qayıt        Baxış: 2 310          Tarix: 19-04-2020, 12:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma