
Xəbər lenti
Bu gün, 12:28
Bu gün, 10:05
Bu gün, 09:34
Dünən, 23:10
Dünən, 21:25
Dünən, 19:15
Dünən, 17:31
Dünən, 13:13
22-02-2025, 23:55
22-02-2025, 22:44
22-02-2025, 21:18
22-02-2025, 20:58
22-02-2025, 19:37

Rusiyada COVID-19-la bağlı məhdudiyyətlərin ən azı may tətillərinə qədər uzadıla bilər.
Strateq.az “Kommersant”-a istinadla xəbər verir ki, bu gün Rusiya prezidenti Vladimir Putin vilayət qubernatorları ilə daha bir video konfrans keçirəcək.
İclasdan əvvəl bölgələrdən məhdudiyyətləri ləğv etmək qərarında tələsməmək barədə mesaj alınıb. Mütəxəssislər də bu rəydədir ki, Rusiya pandemiyanın zirvəsinə hələ çatmayıb.
Bazar günü prezidentin mətbuat katibi Dmitri Peskov dövlət başçısının koronavirusla bağlı vəziyyətin perspektivləri ilə bağlı yeni açıqlamalarının gələn həftə üçün planlaşdırıldığını söyləyib. Prezident administrasiyasına yaxın mənbələr video konfrans ərəfəsində “Kommersant”a bildiriblər ki, məhdudiyyətlərin vaxtı ilə bağlı müəyyən aydınlaşdırmalar ola bilər.
Siyasi məsləhətçi Leonid Davıdov hesab edir ki, aprelin 28-də karantin tədbirlərinin mərhələli şəkildə zəiflədilməsi və təhlükəsizlik tədbirlərinə əməl etməklə, işləyə biləcək müəssisələrin siyahısının genişləndirilməsi elan olunacaq. Onun sözlərinə görə, hökumət müəssisələrin işini bərpa etmək üçün fürsət axtarır, amma qubernatorlar insan həyatının təhlükəsizliyinə cavabdehdir və əsas müzakirə hər iki problemi necə həll edilməsidir.
Leonid Davıdovun fikrincə, məhdudiyyətləri aradan qaldırmaq üçün prezidentdən konkret göstəriş olmayacaq. Söhbət çox güman ki, qubernatorların gələcək məhdudiyyətlərlə bağlı verdiyi qərarlar üçün daşıdığı məsuliyyətdən gedir: “Düşünürəm ki, qubernatorlar sanitar həkimlərin tövsiyələrinə və mövcud epidemiya vəziyyətinə əsaslanaraq qərar verəcəklər.”
“Kommersant”ın yazdığına görə, bölgələr, əsasən Moskva təcrübəsini rəhbər tutur və Moskva rəhbərliyi hələ də karantin rejiminin mümkün zəifləməsində tələsmir.
Keçən həftənin sonunda Moskva meri Sergey Sobyanin görülən tədbirləri təsirli adlandırıb və bildirib ki, bu günə qədər onları sərtləşdirmək üçün heç bir səbəb yoxdur.
“Kommersant” mənbələri xatırladır ki, paytaxt infeksiyaların sayına görə müstəsna bir vəziyyətlə üzləşib və Moskvadakı durum bölgələrlə müqayisədə fərqlidir və müxtəlif səviyyələrdə yeni məhdudiyyət tələb oluna bilər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər