Xəbər lenti

 İran təhlükəsizlik qüvvələri ölkənin cənub-şərqində 3 silahlını məhv edib, 5-i yaxalayıblar.

 APA-nın “Mehr” agentliyinə istinadən verdiyi xəbərə görə, xüsusi əməliyyat Pakistanla sərhəddə yerləşən Sistan və Bəlucistan əyalətində həyata keçirilib.

 Məlumata görə, silahlılardan "şəhid kəmərləri" və xeyli sayda partlayıcı maddə müsadirə edilib. Əməliyyat zamanı bir İran hərbçisi ölüb. Silahlıların hansı qruplaşmanın üzvləri olduğu barədə məlumat verilmir.




Ana səhifəyə qayıt        Baxış: 908          Tarix: 14-06-2017, 22:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma