Xəbər lenti


Avropa ölkələri koronavirus pandemiyasına görə tətbiq etdikləri məhdudiyyətləri ləğv edərək, normal həyata qayıtma mərhələsinə keçir.Ovqat.com BBC Türkcəyə istinadən xəbər verir ki, gələn həftə ərzində bəzi ölkələrdə bir çox yumşaldıcı addımlar atılması planlaşdırılır.

Həmin addımlar hansılardır və hansı ölkələr yumşaldılma üçün nələri edəcək?
1.Çexiyada pivəxanalar açılır

Prague pub, 11 May 20
Avropadakı bir çox ölkə ilə müqayisədə koronavirusdan nisbətən az təsirlənən Çexiyada bazar ertəsi günündən etibarən normallaşma yeni mərhələyə keçir. Küçədə, ictimaiyyətə açıq məkanlarda maska taxmaq məcburiyyəti tətbiq edən ilk ölkələrdən olan Çexiyada açıq havada maska taxmaq məcburiyyəti qısa bir müddət öncə ləğv olunub.

Dünyada adambaşına ən çox pivə istehsal edilən ölkələrdən olan Çexiyada pivəxanalar yenidən açılır. Pivəxanalarda fiziki məsafə qaydaları keçərli olacaq və qapalı məkanlarda da maska taxmaq məcburiyyət halına gətiriləcək. Amma qapalı məkanlarda yeyib-içənlərə maska taxma məcburiyyətinin necə tətbiq olunacağı qeyri-müəyyəndir.

2. İspaniyada muzeylər açılır

Retiro Park, Madrid, 25 May 20

Avropada koronavirus infeksiyasına görə ən qatı küçəyə çıxma məhdudlaşdırmasını qüvvəyə mindirən ölkələr arasında yer alan İspaniya normallaşmağa dörd mərhələdə keçməyi planlaşdırır. Böyük şəhərlərdə birinci mərhələyə, digər yerlərin böyük hissəsində isə ikinci mərhələyə bu həftə içində keçilməsi gözlənilir.

Bu çərçivədə qarşıdakı həftə içərisində böyük şəhərlərdə parklar, muzeylər və digər mədəni obyektlər yenidən açılır.

İlk mərhələdə adıçəkilən məkanlara eyni anda gələn insanların sayının məhdudlaşdırılması gözlənilir.

Qapalı məkanların potensialının ən çox üçdə birini qəbul etməsi, açıq sahələrdəki insan sayının da 200 nəfərlə məhdudlaşdırılması planlaşdırılır.
Məhdudlaşdırmaların xəfiflədilməsinin birinci mərhələsi əhalinin yarıdan çoxunu və Madridlə Barselona kimi ölkənin ən böyük iki şəhərini əhatə edir.


Madrid və Barselonada barların teras hissəsinə mümkün olanın 50 faizə qədər sayda müştəri qəbul etmələrinə və insanların da ən çox 10 nəfərlik qruplar halında görüşmələrinə icazə verilməyə başlanacaq.

Daha öncə ispanların yaş qruplarına görə müəyyənləşdirilən saatlarda, evlərinə yaxın bir yerdə idman etmələri məqsədilə evdən çıxmalarına icazə verilirdi. İkinci mərhələyə keçən bölgələrdə isə çimərlik və üzmə hovuzlarının açılması planlaşdırılır.

3.İtaliyada idman salonları və üzmə hovuzları açılır

Gym in Castiglione della Pescaia, Italy, 19 May 20
Avropada bu infeksiyadan ən çox ziyan görən ölkələrdən olan İtaliyada idman salonları və üzmə hovuzları bu həftə içərisində açılmağa başlayır.

Amma buralarda çox ciddi gigiyena şərtləri və sosial məsafə qaydaları qüvvədə olacaq.

Ölkədə koronavirus infeksiyasının ən çox görüldüyü yer olan Lombardiya bölgəsi ilə yanaşı, cənubdakı Basilicata və Bolognada isə bu məkanların açılması təxirə salındı. Lombardiyada idman zallarının açılması 31 maya qədər təxirə salındı.

İdman salonları və hovuzlar üçün tətbiq olunacaq qaydalar aşağıdakılar kimidir:

-Soyunma otaqlarına eyni anda çox az sayda insanın girməsinə icazə veriləcək və insanların arasında 1 metr məsafə tutulacaq. İdman salonu və hovuzlara girərkən dezinfeksiya edici maddələrin istifadə edlməsi və maska taxılması məcburi olacaq.

-İdman salonlarında idman edəcək şəxslər arasında 2 metr məsafə qoyulacaq, qrupla həyata keçirilən idman fəaliyyətlərinə icazə verilməyəcək, amma maska taxmaq məcburi olmayacaq.

Hər üzən insan üçün 7 kvadrat metrlik bir hovuz sahəsi ayrılacaq və hovuza girənlərin sayı məhdudlaşdırılacaq.

Hovuz kənarındakı oturma sahələri arasında 1.5 metr məsafə qoyulacaq və məşqçilər üçün maska taxmaq məcburi olacaq.

4. Yunanıstanda adalara səyahətlərə icazə veriləcək

Mykonos seafront, 13 May 20

Yunanistan adalara əsas sahil üzərindən ediləcək səyahətlərə icazə verməyə başlayır. Amma bu icazə turistləri əhatə etmir.

İcazənin başlaması ilə birlikdə adalarda evi olan bir çox insanın adalara səyahət etməsi gözlənilir. Bunun da iqtisadi baxımdan çətin günlər keçirən adaların iqtisadiyyatına yardım edəcəyi gözlənilir.

Adalara verilən səyahət icazəsi, ölkə iqtisadiyyatının 20 faizini özündə birləşdirən turizmin yenidən dirçəlişi üçün də vacib bir addım olaraq görülür.
Yunanıstanın baş naziri Kyriakos Miçotakis keçən həftə ərzində verdiyi açıqlamada ölkənin xarici turizmə 15 iyunda açılacağını deyib.

Miçotakis Yunanistana ediləcək uçuşların böyük bir hissəsinin 1 iyulda yenidən başlayacağını, otellərin yenidən fəaliyyət göstəcəyini və xaricilərə yönəlmiş iki həftəlik karantin tətbiqinə isə son veriləcəyini açıqlayıb.

İspaniya hökuməti də xarici turizmə sərhədlərini iyuldan etibarən açmağı və xaricilər üçün iki həftəlik karantin şərtərini ləğv etməyi planlaşdırır.

Turizm İspaniya hökumətinin gəlirlərinin 12 faizini təmin edir.

İtaliya da xarici turistləri 3 iyundan etibarən qəbul etməyə hazırlaşır.

5. Polşada məktəblər yenidən açılır

Children studying in Ciszyca Dolna, southeastern Poland, 24 Apr 20

Avropanın bir çox yerində məktəblər açılıb. Amma təhsil fəaliyyətlərinin yenidən başlamasının masştabı siniflərə və məktəblərə görə fərqlidir.

Polşa da bazar ertəsi günü etibarilə məktəbləri yenidən açan ölkələr arasına qatılır. Amma bəzi valideynlər uşaqlarını məktəbə göndərməklə bağlı özlərini rahat hiss etmədiklərini deyirlər.

Polşada tədris ilinin 26 iyunda sonlandırılması planlaşdırılır.

Yenidən fəaliyyətə başlayacaq məktəblər arasında ibtidai məktəblər və universitetlər də var. İbtidai məktəblərdə ən aşağı siniflər üçün məhdud sayda dərslər yenidən başladılacaq.

Universitetlərdə isə son kurslar üçün dərslərin yenidən başlanması gözlənilir. Siniflərdəki tələbə sayı sosial məsafə qaydalarının tətbiq olunmasına imkan verəcək şəkildə məhdud olacaq.





Ana səhifəyə qayıt        Baxış: 2 651          Tarix: 27-05-2020, 15:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma