Xəbər lenti


“Koronavirus pandemiyasının yarısı xəstəlik, qalanı siyasətdir”. 

Ovqat.com BelTA-ya istinadən xəbər verir ki, bu fikri bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko Minsk Traktor Zavodunun kollektivi ilə söhbətində bildirib.

“Mən hələ də bir prinsipə əməl edirəm: bu, xəstəlikdən artıqdır. Bu pandemiyada xəstəlik bəlkə də yarıdır və ya daha azdır. Qalan hər şey siyasətdir. Və siz bunu tezliklə əmin olacaqsınız.

İndi böyük siyasət ilidir, hər şey siyasiləşir, insanların beyni dumanlandırılıb.

Nə baş verdiyini anlamaq adi insanlar, bəzən hətta dövlət qulluqçuları üçün də çox çətindir. İndiki məqamın özəlliyi və mürəkkəbliyi də budur ” - Aleksandr Lukaşenko deyib.





Ana səhifəyə qayıt        Baxış: 2 376          Tarix: 31-05-2020, 11:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma