Xəbər lenti

 

Lesotonun baş naziri Tom Tabanenin andiçmə mərasimindən bir neçə saat sonra onun həyat yoldaşı güllələnib.

Ovqat.com virtualaz.org-a istinadən xəbər verir ki, polisin məlumatına görə, 58 yaşlı Lipolelo Tabane ölkənin paytaxtı Maseru şəhərinin yaxınlığında olub. O, rəfiqəsi ilə evə gedərkən, naməlum şəxs qadınların ikisinə də atəş açıb. Lipolelo hadisə yerində həlak olub, rəfiqəsi xəstəxanaya çatdırılıb.

Atəş açan şəxsin hərəkətinin motivi hələlik bəlli deyil.

Bildirilir ki, 2012-ci ildə boşanma ərizəsi verildikdən sonra Tom Tabane həyat yoldaşından ayrı yaşayırmış.

2014-cü ildə baş vermiş dövlət çevrilişi cəhdindən sonra Lesotoda siyasi sabitlik pozulub. Bu ilin mart ayında keçmiş baş nazir Pakalite Mosililiyə parlament etimadsızlıq göstərib və bu səbəbdən, ötən həftə ölkədə son 5 il ərzində üçüncü seçkilər keçirilib.




Ana səhifəyə qayıt        Baxış: 948          Tarix: 15-06-2017, 20:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma