Xəbər lenti


NDTV kanalı Hindistanın Ladax bölgəsindəki hava bazasında döyüş və nəqliyyat təyyarələrinin, həmçinin hücum helikopterlərinin hərəkətliliyinin artdığı barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, adının açıqlanmasını istəməyən bir zabit jurnalistlərə Hindistan Hərbi Hava Qüvvələrinin bütün çətinliklərə meydan oxuyaraq əməliyyatlara hazır olduğunu açıqlayıb.

Bu aviabazanın Çin sərhədi boyunca ölkənin müharibəyə hazırlıq səviyyəsinin artırılmasında mühüm rol oynadığı bildirilir.
Xatırladaq ki, Hindistan Çin ilə gərginliyin artdığı Şərqi Ladaxa raketdən müdafiə sistemləri, tanklar yerləşdirib.



Ana səhifəyə qayıt        Baxış: 2 566          Tarix: 5-07-2020, 10:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma