Xəbər lenti

 

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Daxili İşlər Nazirliyi (DİN) əməkdaşları birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bank hesabından internet vasitəsilə pul oğurlayan çəxsi tutub.

Ötən ayın 11-də Bakı şəhər sakini Qızqayıt Abbasova Nəsimi RPİ 22-ci Polis Bölməsinə müraciət edərək banklardan birindəki hesabından 207 manat pulunun yoxa çıxmasını bildirib.

Axtarışlardan sonra Q.Abbasovanın pulunun Qazax rayon sakini Əli Əliyev tərəfindən internet vasitəsi ilə çıxarılması müəyyən edilib və o, iyunun 12-də Nəsimi rayonu ərazisində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Amin




Ana səhifəyə qayıt        Baxış: 903          Tarix: 16-06-2017, 19:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma