Xəbər lenti

Ərzurumun Şənqaya bölgəsində aparılan hərbi əməliyyatda 3 PPK-çı terrorist ölü halda ələ keçirilib.

Bu barədə Publika.az xarici mətbuata istinadən xəbər verir.

Bölgə bələdiyyəsi tərəfindən edilən yazılı açıqlamada bildirilir ki, Şənqaya bölgəsində fəaliyyət göstərən separatçı terror təşkilatı üzvlərini zərərsizləşdirmək məqsədilə aparılan əməliyyat uğurla başa çatıb.

Təhlükəsizlik və asayişin qorunmasını təmin etmək üçün icra edilən əməliyyatda bu gün saat 10:00 radələrində Camlıalan bölgəsində terror qruplaşması üzvləri ilə jandarm polisləri arasında qarşıdurma olub. Qarşıdurmada 3 terrorist məhv edilib, terrorçulara məxsus çoxlu sayda silah-sursat ələ keçirilib.

Bələdiyyə hərbi əməliyyatın davam etdiriləcəyini bildirib.




Ana səhifəyə qayıt        Baxış: 759          Tarix: 17-06-2017, 16:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma