Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
Xəbər verildiyi kimi, Slovakiya Rusiyanın bu ölkədəki səfirliyində çalışan 3 əməkdaşını qovub.
Slovakiyanın baş naziri İqor Matoviç hadisəni şərh edərkən Rusiya diplomatlarının əndazəni aşdıqlarını vurğulayıb. Onun sözlərinə görə, bəzən
dostlara belə hədlərini bildirməkdə fayda var.
“Bəzən elə olur ki, sən müəyyən dostlara münasibətlərində müəyyən hüdudların olduğunu xatırlatmalı olursan. Bəli, ruslar biizim slavyan
qardaşlarımız, Ruisya isə vacib siyasi tərəfdaşımızdır. Lakin bu, Slovakiyanın suveren dövlət olması faktını dəyişmir. Biz diplomatik qaydaların
məsxərəyə qoyulduğu banan respublikası deyilik”,-deyə baş nazir “Facebook” səhifəsində yazıb.
Slovakiya tərəfi insidentin Rusiya səfirliyində çalışanların diplomatik münasibətlər haqqında Vyana konvensiyasısının tələblərini pozması ucbatından
baş verdiyini bildirir. Xarici İşlər Nazirliyinin mətbuat katibi Yuri Tomaqa bundan başqa ölkənin Sankt-Peterburqdakı baş konsulluğunda vizaların
verilməsi zamanı da ciddi qanun pozuntularının olduğunu təsdiqləyib.
Hadisəyə Rusiya xarci işlər naziri Sergey Lavrov da alman həmkarı Hayko Maasla birlikdə keçirdiyi mətbuat konfransında reaksiya göstərib.
“Slovakiya suveren respublika olduğunu deyir. Lakin iş təkcə onlarla bağlı deyil. Çünki bu gün mən bu gün səhər ABŞ Dövlət Departamentinin
nümayəndəsi xanım Morqan Ortaqusun Slovakiya hakimiyyətini addımını təqdir edən açıqlamasını eşidəndə təəccübləndim. Çünki mənim bildiyim
qədər heç bir xarici dövlətin nümayəndəsi hadisə ilə bağlı hər hansı qiymət verməyib.
Ona görə də suveren Slovakiyanın belə bir qərarında kimlərin marağı olduğunu özünüz müəyyən edin,” - deyə Sergey Lavrov qeyd edib.
Musavat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar