Xəbər lenti


“Prezident Aleksandr Lukaşenko artıq payızda ölkəni idarə etməyəcək”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, belə bir iddia pezidentliyə keçmiş namizəd Valeri Tsepkalo tərəfindən səsləndirilib.
BBC-nin Rusiya xidmətinə danışan V. Tsepkalo hazırkı anda belə faktiki idarəçiliyin dövlət başçısında olmadığını söyləyib.

Belaruslu müxalifətçinin fikrincə, Aleksandr Lukaşenko heç vaxt konstitusion islahatları həyata keçirməyəcək və belə bir niyyəti də yoxdur.
Valeri Tsepkalo dünya birliyini müxalifətin əsas namizədi Svetlana Tixonovskayanı prezident kimi tanımağa çağırıb. “Çünki məhz belə bir strukturda hakimiyyətin tranzitini reallaşdırmaq, güc strukturlarının isə bizim tərəfə keçməsi asanlaşır.

Ona görə də sadəcə istefa çağırışları hüquq-mühafizə orqanları üçün kifayət etmir”,-deyə o bildirib.

Xatırladaq ki, bu ilin avqustun 17-də Aleksandr Lukaşenko yeni prezident seçkilərini yalnız yeni konstitusiyanın qəbulundən sonra keçirilə biləcəyini söyləmişdi.




Ana səhifəyə qayıt        Baxış: 2 724          Tarix: 21-08-2020, 21:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma