Xəbər lenti


“İqtisadi böhran və epidemiya səbəbindən Ermənistan əhalisi uçuruma yuvarlanır”.

“Report” “Aysor”a istinadən xəbər verir ki, bunu Çiçəklənən Ermənistan Partiyasının sədri, Ermənistan parlamentində “Tsarukyan” fraksiyasının başçısı, Rusiyayönlü müxalifət lideri Qaqik Tsarukyan bildirib.

Onun sözlərinə görə, banklar üzrə kredit faizləri ödədiklərindən valideynlər xəstə övladlarını müalicə etdirə, yaxud onları normal qidalandıra bilmir:

“Bu gün istənilən məmur, rəhbər vəzifəli şəxs xalqın dolanışığı ilə maraqlanmalı və çıxış yolu təklif etməlidir”.

Q.Sarukyan 2017-ci ildə keçirilən parlament seçkilərində seçicilərin səsini qazanmaq üçün rüşvət verməkdə ittiham olunur. Bir müddət əvvəl onun partiyasından olan keçmiş deputat Abraam Manukyan həbs edilib.





Ana səhifəyə qayıt        Baxış: 2 864          Tarix: 31-08-2020, 15:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma