Xəbər lenti

 Bir qrup azərbaycanlı jurnalist Türkiyədə səfərdədir.

 APA-nın məlumatına görə, Türkiyə hökumətinin təşkilatçılığı ilə baş tutan səfər zamanı jurnalistlər İstanbul, Ankara, Qaziantep, Kahramanmaraş şəhərlərində olacaqlar. 
Ümumilikdə dünyanın 40-a yaxın media orqanını təmsil edən jurnalistlər Ankarada Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsində (AFAD), Türkiyə Nazirlər Kabineti yanında Mətbuat-Yayım İnformasiya Baş İdarəsində (BYEGM) görüş keçirəcəklər. Media nümayəndələri daha sonra suriyalıların yerləşdirildiyi qaçqın düşərgələri ilə tanış olacaqlar.

 Proqrama əsasən jurnalistlərin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü də nəzərdə tutulub.
Səfər iyunun 24-də başa çatacaq. 




Ana səhifəyə qayıt        Baxış: 823          Tarix: 19-06-2017, 11:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma